“Bayern”də baş məşqçi Tomas Tuhellə bağlı narazılıq var. Rəhbərlik də heç də hamı ona dəstək vermir.
Bununla belə, ümumi fikir onun işini davam etdirməsi ilə bağlıdır. Klubda əkcəriyyət mütəxəssisin vəziyyəti dəyişəcəyinə inanır.
Tuhel özü də bu barədə danışıb: “Özümə qarşı dəstəyi hiss edirəm. Bu vəziyyət məni də çox narahat edir. Ardcıl məğlubiyyətlər xoş deyil, lakin heç nə bitməyib. Mütləq özümüzə gələcəyik. Durumu dəyişəcək gücdəyik. Növbəti oyundan başlayaraq hər şey çox fərqli olacaq. Təzyiqi hiss edirəm, amma belə də olmalıdır”.
Tuhel son turda “Bohum”a 2:3 hesabı ilə uduzduqları oyun barədə də danışıb: “Bu rəqiblə 5 dəfə oynasaq, hamısında qələbə qazanarıq. Sadəcə, bu dəfə alınmadı”.