“Ferrari” komandasının pilotu Şarl Lekler Özbəkistana gəlib. Bu ölkədə yayda FİA-nın Baş Assambleyası keçiriləcək .
Hazırda Özbəkistan Avtomobil və Kartinq Federasiyası bu tədbirə hazırlaşmaqla məşğuldur. Məhz bu hazırlıq çərçivəsində də monakolu sürücü Səmərqəndə dəvət edilib.
Lekler ÖAKF-in fəxri qonağıdır. O, xüsusi təşkil edilmiş avtoqraf sessiyasında iştirak edib.
Xatırladaq ki, artıq bu həftə pilotlar mövsümə başlayırlar. Həftənin sonunda Bəhreyndə ilk testlər keçiriləcək. Gələn həftə isə mövsümün ilk qran-prisi baş tutacaq.