“Sumqayıt” Azərbaycan çempionatlarında 50-ci ev heç-heçəsinə imza atıb.
Futbolinfo.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 23-cü turuna təsadüf edib.
Samir Abasovun yetirmələri “Turan Tovuz”la qolsuz sülhə nail olublar. “Gənclik şəhəri” təmsilçisi ölkə çempionatlarının 32 illik tarixinə öz meydanında 50 və daha çox heç-heçə edən 8-ci komanda kimi düşüb.
2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın yubiley heç-heçəsi evdəki 193-cü matça təsadüf edib. Sumqayıtlıların ilk belə bərabərliyi isə 2011-ci il sentyabrın 11-də qeydə alınıb. “Qarabağ”la ev qarşılaşması qolsuz başa çatıb.