Leon Qoretska məyusdur. O, “Bayern”in ardıcıl məğlubiyyətlərindən bezib. Yarımmüdafiəçi baş məşqçi Tomas Tuhelin ona münasibətini də bəyənmir.
Futbolinfo.az xəbər verir ki, Leon az oynamasından şikayətçidir: “Sanki qorxu filmi izləyirik, hər şey əleyhimizə gedir. Cəmi yarım saat oynamaq imkanı qazandığımdan özümü axmaq yerinə qoyulmuş kimi hiss edirəm. Matçın gedişində hər şeyi sınadıq, əlimizi yanımıza saldığımıza görə heç kim bizi qınaya bilməz”.
Xatırladaq ki, “Bayern” son turda “Bohum”a 2:3 hesabı ilə uduzub. Bu, münhenlilərin ardıcıl 3-cü məğlubiyyətidir.