Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” baş məşqçisi Ertuğrul Sağlamla yolları ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisi məlumat yayıb.

Türkiyəli mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Sağlam ötən ilin iyunundan “Kocaelispor”u çalışdırırdı. Onun komandası hazırda 1-ci liqada 43 xalla 3-cü pillədə qərarlaşıb.

Shares: