“Xüsusi oyun olmadı. Nəticənin heç-heçə olmasını ədalətli sayıram” – bunu futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiç deyib.

Bosniya və herseqovinalı futbolçu Misli Premyer Liqasının 23-cü turunda “Səbail”lə heç-heçə etdikləri matçdan danışıb: “Elə oyun idi ki, hər iki komanda qələbə qazana bilərdi. Çünki rəqibin də, bizim də kifayət qədər qol şanslarımız var idi. Bəlkə də hakim penalti qərarını yoxlaya bilərdi”.

Kurdiç uğursuzluq zolağından sonra qazandıqları son nəticələrin onları xoşbəxt etdiyini də sözlərinə əlavə edib: “Bu, bizi sevindirir. Eyni cür davam etməliyik, xallar qazanmalıyıq. “Səbail”lə bir xal yaxşı nəticədir, çünki onlar güclü rəqibdirlər. Qarşıda “Zirə” ilə matç var və qalib gəlmək istəyirik. Şanslar 50-50-dir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp