Karlo Ançelotti Luka Modriçi “Real”ın məşqçilər korpusuna daxil olmağa dəvət edib.

“The Athletic”in məlumatına əsasən, Modriç Ançelottiyə bu fürsətə görə minnətdarlığını bildirərək,  futbolçu karyerasını davam etdirmək arzusunda olduğunu vurğulayıb.

Məlumata görə, 38 yaşlı yarımmüdafiəçi ilə bu yay başa çatacaq müqavilənin uzadılması inandırıcı deyil. Lakin bu variant tamamilə istisna edilmir. Bununla belə, xorvatiyalı gələcəyi ilə bağlı hələlik qərar verməyib və bütün diqqətini cari mövsümü uğurla başa vurmağa, ardınca isə Avropa çempionatındakı mübarizəyə yönəldib.

Modriç bu mövsüm La Liqada 20 matçda iştirak edib. Bu oyunlardan 11-də start heyətində meydana çıxan yarımmüdafiəçinin aktivində 1 qol və 4 məhsuldar ötürmə var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp