Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı səfərdə 4:2 hesabı ilə məğlub edən “Qarabağ” sabah cavab görüşünə çıxacaq.

Futbolinfo.az xəbər verir ki, ilk qarşılaşmadakı inamlı qalibiyyətə baxmayaraq, Avropa futbol ictimaiyyəti və bukmekerlər hələ də Portuqaliya klubuna güvənirlər.

Təsadüfi deyil ki, “Braqa” Bakıdakı matçın favoriti hesab edilir. Ancaq təbii ki, mərhələ adlamaq baxımından “Qarabağ” daha şanslı görünür. “Braqa”nın qələbəsinə inananlar çoxluq təşkil etsə də, portuqalların 2 top fərqini aradan qaldırması çətin ehtimal olunur.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Shares: