“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında 100-cü oyununu keçirib. Yubiley matçı 1/8 final mərhələsində İtaliya “İnter”i ilə ilk görüşə təsadüf edib.

Argentinalının çalışdırdığı komanda Milanda rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Simeone bu göstəriciyə çatan 9-cu məşqçidir. Əvvəllər bunu Karlo Ançelotti (198 oyun), Aleks Ferqyuson (190), Arsen Venger (178), Xosep Qvardiola (166), Joze Mourinyo (145), Mirça Luçesku (115), Massimiliano Alleqri və Yurgen Klopp (hər ikisi 100) bunu bacarıblar.

Qeyd edək ki, Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.

Shares: