Ümumdünya Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CIFP) Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə birlikdə dopinq qəbul edən idmançılar üçün Olimpiya Oyunlarının yaradılması təşəbbüsünü dəstəkləməyib.

“Bu yarışlarda ədalətli oyun və idman prinsiplərinə əməl olunmayacaq. Bundan əlavə, oyunlar iştirakçıların sağlamlığı üçün potensial təhlükədir. Biz bu yarışların təşkilatçılarını və sponsorlarını ən son texnologiyadan istifadə etməklə Olimpiya Hərəkatını dəstəkləməyə çağırırıq”, – CIFP prezidenti Ceno Kamuti bildirib.

Xatırladaq ki, amerikalı milyarder Peter Til dopinqdən istifadə ilə Olimpiya Oyunları yaratmaq arzusunu açıqlayıb. Yarışlar bioloji və qida əlavələrini tədqiq edən “Enhanced Games” şirkətinin dəstəyi ilə keçirilməlidir.

Milyarder fikrində qərarlıdır və ideyasını aprelin 17-də geniş ictimaiyyətə təqdim edəcək. O bu məsələni müzakirə etmək üçün yayda BOK prezidenti Tomas Baxla görüşməyi planlaşdırır.

Shares: