Xabi Alonso üçün yayda iki iş yeri indidən hazırdır. “Bayer”i Bundesliqada uğura daşıyan ispan məşqçinin keçmiş klublarında oxşar vəziyyət yaranıb.

Futbolinfo.az xəbər verir ki, Yürgen Kloppun mövsüm bitən kimi “Liverpul”u tərk edəcəyini açıqlamasının ardından, bu gün də Tomas Tuhelin “Bayern”də qalmayacağı dəqiqləşdi. Və bu klubların ikisi də yeni baş məşqçi kimi məhz Alonsonu dəvət etməyi düşünür. Karlo Ançelottinin yeni müqavilə bağlamasından sonra “Real”a dönüşü təxirə düşən ispan çalışdırıcı yayda seçimini edəcək. Amma o, daha öncə Leverkuzen klubuna tarixinin ilk çempionluğunu qazandırmağa köklənib.

Maraqlıdır ki, Tuhel də indidən yeni iş yerini müəyyənləşdirib. “Barselona”nın baş məşqçisi Xavi Ernandes mövsüm bitən kimi klubdan ayrılacaq. Onu məhz alman mütəxəssisin əvəzləyəcəyi deyilir.

Shares: