Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq yarışa qatılıblar.

Futbolinfo.az xəbər verir ki, milli komanda Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Gənclər Seriyası turnirində mübarizə aparır.

Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında Tunar Bağırov, Uğur Nəzərli, Şəbnəm Mansurova və Xədicə Eylazova 15 yaşadək, Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli, Banu Baytallı isə 13 yaşadək idmançıların yarışında bacarıqlarını göstərəcəklər.

Bu gün başlayan beynəlxalq turnirə fevralın 25-də yekun vurulacaq.

Shares: