Bu gün Avropa Konfrans Liqasında 1/8 finala vəsiqənin ilk sahibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, pley-off mərhələsinin bu gün baş tutan yeganə oyununda Belçika “Gent”i Hayfa “Makkabi”sini qəbul edib.
İlk oyunda qalib gəlmiş İsrail təmsilçisi səfər oyunundakı heç-heçə sayəsində 1/8 finala yüksəlib.
Qalan oyunlar sabah keçiriləcək.
Avropa Konfrans Liqası
Pley-offun cavab oyunu
21 fevral
Gent (Belçika) – Makkabi (Hayfa, İsrail) 1:1
Qollar: Tissudali, 69 – Pyerro, 4.
İlk oyun – 0:1.