“Mançester Yunayted” ciddi itki ilə üzləşib. Komandanın sol cinah müdafiəçisi Lük Şou növbəti dəfə sıradan çıxıb.

Futbolinfo.az xəbər verir ki, daha öncə də ciddi zədə alıb komandaya uzun müddət kömək edə bilməyən Şounun mövsümü erkən başa vurmaq ehtimalı var. Çünki klubdan verilən açıqlamada onun bir neçə ay oynaya bilməyəcəyi qeyd olunub. Dəqiq müddət növbəti müayinələrdən sonra bilinəcək.

Cinah oyunçusu əzələ zədəsinə görə məşqlərdən uzaqlaşdırılıb.

Shares: