“Səbail”in sabiq futbolçusu Maykl Essyenin yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az Qana mətbuatına istinadən xəbər verir ki, ötənlərin məşhur yarımmüdafiəçisi bundan sonra yığmasında fəaliyyət göstərəcək.

41 yaşlı mütəxəssis tezliklə Qana millisinə köməkçi-məşqçi təyin olunacaq. Afrika Millətlər Kubokundakı uğursuz çıxışdan sonra baş məşqçi Kris Hyutonla yollarını ayıran Qana Futbol Assosiasiyası yeni çalışdırıcı axtarışı üçün komitə yaradıb. Baş məşqçinin kimliyindən asılı olmayaraq, Essyenin məşqçilər korpusunda yer alması razılaşdırılıb.

Qeyd edək ki, Essyen 2019-2020-ci illərdə Azərbaycanda “Səbail”in formasını geyinib. O, futbolçu karyerasında Lion “Olimpik”i, “Çelsi”, “Real”, “Milan” kimi Avropa nəhənglərində çıxış edib.

Shares: