“Sabah” Murad Musayevin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Bakı klubunun siyahısında olan mütəxəssislərdən biri də digər rusiyalı Aleksandr Kerjakov idi. Lakin 41 yaşlı çalışdırıcının Azərbaycana yollanmaq variantı baş tutmayıb. Çünki Bakı klubu onun təyinatından son anda vaz keçib.
Həmçinin Kerjakov özü də bu keçidə müsbət yanaşmayıb. Çünki hazırda ailəsi ilə birlikdə Serbiyada yaşayan gənc mütəxəssis oğlunun təhsili ilə əlaqədar bir müddət orada qalmağı qərara alıb.
Qeyd edək ki, Aleksandr Kerjakov son olaraq ötən il Serbiyada Subotitsa “Spartak”ına rəhbərlik edib.