Sloveniya milli komandasının basketbolçusu Luka Donçiç sosial şəbəkə hesabında Madrid “Real”ının ona təqdim etdiyi xüsusi formanın şəklini paylaşıb.
Xatırladaq ki, 2018-ci ildə Milli Basketbol Assosiasiyasına getməzdən əvvəl Donçiç “Real”da oynayıb. 2017/2018 mövsümündə Madrid komandası ilə birlikdə o, Avroliqanın qalibi olub. Bundan başqa pleumeyker müntəzəm mövsümün və “Dördlər finalı”nın ən dəyərli oyunçusu seçilib.
“Dallas Maveriks”in lideri bu yaxınlarda MBA tarixində bir oyunda 25+ xal, 15+ asist, 10+ ribaund göstəricisinə görə üçüncü yerə yüksəlib. Qeyd edək ki, məhsuldar ötürmə statistikası 1950-ci ildən hesablanır. Məhz həmin çempionatdan da yuxarıda qeyd edilən göstəricilər öz əksini tapır. Bu göstərici üzrə ilk dördlüyə Oskar Robertson (37 oyun), Rassel Vestbruk (15), Luka Donçiç (14) və Mecik Conson (13) daxildir.