“Qarabağ”ın Portuqaliyadakı qələbəsi təsadüf deyil. Komanda Avropa səviyyəsində oyun sərgiləyir.

Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç “Qarabağ”ın bu gün Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı barədə danışarkən deyib.

2018-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinən yarımmmüdafiəçi hazırda “Neftçi”nin oyunçusu olduğunu və “ağ-qaralar”ın oyunlarına kökləndiyini söyləyib. (Report)

Qeyd edək ki, Filip Ozobiç 2023-cü ilin yayında “Qarabağ”dan “Neftçi”yə keçib.

Shares: