“Qışda baş məşqçi dəyişikliyi oldu. Bu şəxs bizə həqiqətən kömək edəcək və daha yaxşı nəticələr qazanacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Filip Ozobiç baş məşqçiləri Miodraq Bojoviç barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokundakı şanslardan söz açıb: “Kuboku qazanmaq və liqada ikinci olmaq şansımız var. Bu, realdır. Növbəti matçlarda özümüzü yaxşı tərəfdən göstərmək niyyətindəyik. Bunun sayəsində nəticə əldə etmək mümkündür”.

Azərbaycan millisinin üzvü daha əvvəl oynadığı klublarda özünü tam göstərməyə çalışdığını vurğulayıb: “Azarkeşləri sevindirmək istəyirik. Mən, oyunçular və baş məşqçimiz əlimizdən gələni edəcəyik”. (Report)

Qeyd edək ki, Filip Ozobiç 2023-cü ilin yayında “Qarabağ”dan “Neftçi”yə keçib.

Shares: