“Bu komandalara qarşı layiqli mübarizə apara bilərik”.
Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Filip Ozobiç UEFA Millətlər Liqasındakı rəqiblər barədə danışarkən deyib.
32 yaşlı yarımmüdafiəçi daha əvvəl bu millilərlə üz-üzə gəldiklərini bildirib: “İsveç və Slovakiya inkişafdadır. Estoniya ilə də əvvəl qarşılaşmışıq”.
Xorvatiyadan olan futbolçu Azərbaycan dilində danışa bilməməsinin səbəbini açıqlayıb: “Mənim dilim slavyan dil qrupuna aiddir. Bu səbəbdən rus dilini öyrənmək asandır. Lazım olan halda oyun zamanı azərbaycan dilndə məlumat verə bilərəm. Dövlət Himni mənim üçün bir az çətin və qəliz görünə bilər. Amma himni bilirəm. Ola bilər ki, hansısa sözlərdə səhvə yola verim”. (Report)
Qeyd edək ki, Filip Ozobiç 2021-ci il sentyabrın 2-də Azərbaycan millisində debüt edib. Yığmada indiyədək keçirdiyi 10 oyunda 1 qol vurub.