Hakan Çalhanoğlu özünü tərifləyib. “İnter”in üzvü çıxış etdiyi mövqedə dünyanın ən yaxşısı olduğunu düşünür.

Futbolinfo.az xəbər verir ki, Türkiyə millisinin üzvü bu barədə müsahibəsi zamanı deyib: “Yarımmüdafiədə sol cinaha meylli orta sahə oyunçuları arasında hamıdan güclüyəm. Futbolda bu rolu öhdəsinə götürə biləcək çox oyunçu yoxdur. Özümü hamıdan yaxşı sayıram, etdiklərimi başqaları edə bilmir. Bu mövqedə ikinci ən yaxşı Rodri, üçüncü Toni Kroosdur”.

Çalhanoğlu “İnter”də əla mövsüm keçirir. Təsadüfi deyil, bu il o, ən yüksək transfer dəyərinə yüksəlib. Türkiyəli ulduzu almaq istəyən 40 milyon avrosundan keçməlidir.

Shares: