Mərkəz müdafiəçilərinin azlığından əziyyət çəkən “Real” xoş xəbər alıb. Çoxsaylı zədəlilərdən biri – Antonio Rudeger sağalıb.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü artıq məşqə başlayıb. Növbəti çalışmalarda hər şey qaydasında getsə, Rudiger həftəsonu “Sevilya”ya qarşı matçda iştirak edə biləcək.

Baş məşqçi Karlo Ançelotti həkimlərə daha çox çalışıb Antonionu sıraya qaytarmağı tapşırıb. Lakin hər şey qaydasında olmasa, müdafiəçinin sağlamlığı ilə bağlı risk edilməyəcək.

Shares: