İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis De La Fuente ilə sözləşməni uzadıb. Məlumata görə, tərəflər 2026-cı il dünya çempionatının sonuna qədər razılığa gəliblər. Bu isə o deməkdir ki, İspaniya millisi Avropa Çempionatında məhz 62 yaşlı mütəxəssisin rəhbərliyi altında oynayacaq.
De La Fuente Qətərdə keçirilən Dünya Çempionatındakı fiaskodan sonra milliyə başçılıq edir. Onun rəhbərliyi altında komanda keçən il Millətlər Liqasının qalibi olub. Yarımfinalda İtaliyanı 2:1 məğlub edən ispanlar, finalda xorvatlardan penaltilər seriyasında üstün olmuşdular.
Xatırladaq ki, İspaniya millisi Avropa çempionatının final mərhələsində İtaliya, Xorvatiya və Albaniya ilə bir qrupa düşüb. Ötən çempionatda onlar məhz İtaliyaya yarımfinalda məğlub olmuşdular.