Amerikanın ESPN portalı Milli Hokkey Liqası klublarının rəhbərləri və oyunçular arasında sorğu keçirib. Sorğuda məqsəd liqanın ən güclü mərkəz forvardlarını müəyyənləşdirməkdir. Oyunçulara yerlərinə görə reytinq balı verilib. İlk yerə qoyulan hokkeyçi 10, 10-cu yerə qədər sonrakı yerlər isə sıralama ilə 1 bal azaldılaraq hesablanıb.
Reytinqin hesablamalarına görə bu mövsümün ən güclü mərkəz forvardı “Edmonton Oylers”in kapitanı Konnor Makdeviddir.
Reytinq hesablanmağa başladıqdan sonra Makdevid hər il 1-ci yerdə göstərilib. Edmonton komandasının kapitanı 3 dəfə də müntəzəm çempionatın ən yaxşı oyunçusu seçilib. Ən azı 400 oyun keçirən hokkeyçilər arasında Makdevid liqa tarixinin orta hesabla qazanılan xallara görə üçüncüsüdür. Onun hər oyuna qazandığı xal 1,51-ə bərabərdir. Bu göstəriciyə görə birinci sırada Veyn Qretski (1,92) , ikincidə isə Mario Lemye (1,88) qərarlaşıb.
Bu mövsüm ən güclü mərkəz forvardları reytinqinin ilk 10 yerində qərarlaşan hokkeyçilər bunlardır:
1. Konnor Makdevid, Edmonton Oylers (194 xal);
2. Natan Makkinnon, Kolorado Evelanş (170);
3. Oston Metyuz, Toronto Meypl Lifs (140);
4. Sidney Krosbi, Pittsburq Pinvins (121);
5. Leon Draizaytl, Edmonton Oylers (100);
6. Aleksandr Barkov, Florida Panters (67);
7. Cek Hyuz, Nyu-Cersi Devils (66);
8. Brayden Poynt, Tampa Bey Laytninq (56);
9. Cek Aykel, Veqas Qolden Nayts (46);
10. Elias Pettersson, Vankuver Kenaks (38).