Co Hart karyerasını başa vurmaq qərarına gəlib. İngiltərə millisinn sabiq qapıçısı mövsüm bitən kimi futbolla vidalaşacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, mövsüm bitən kimi əlcəklərini birdəfəlik soyunacağını bildirib.
2021-ci ildən “Seltik”in şərəfini qoruyan 36 yaşlı Hart, bir sıra ingilis klubunun, o cümlədən “Mançester Siti” və “Tottenhem”in şərəfini qoruyub. O, qısa müddət “Torino”da da çıxış edib.