“Atletiko”nun hücumçusu Antuan Qrizmann zədələnib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk oyununda (0:1) zədələnib və görüşün 78-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

32 yaşlı oyunçuya topuq bağlarının orta dərəcədə burxulması diaqnozu qoyulub.

Hücumçunun qayıtma tarixi hələ açıqlanmayıb, lakin onun fevralın 24-də La Liqada “Almeriya” ilə keçiriləcək oyunu buraxacağı gözlənilir.

Qrizmann bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 18 qol vurub və 7 məhsuldar ötürmə verib.

Shares: