UFC prezidenti Dana Uayt Rusiya prezidenti Vladimir Putinin irlandiyalı Konor Makqreqorla döyüşdə qalib gəldiyinə görə Həbib Nurməhəmmədova hansı mükafatı verməsindən danışıb.
“O, döyüşdən sonra soyunub-geyinmə otağına çatmamış Vladimir Putin artıq onunla telefonla danışırdı. Həmin qələbəyə görə Putin ona və atasına Rusiyada təxminən 20 milyon dollar dəyərində olan daşınmaz əmlak verdi. Bundan sonra Həbib Dağıstana döndü, orada artıq onun üçün hər şey var idi: maşınlar, pullar, idman zalları, istədiyi hər şey”, – deyə Uayt “Games With Names” adlı YouTube kanalında məlumat verib.
Xatırladaq ki, Nurməhəmmədov sonuncu döyüşünü 2020-ci ilin oktyabrında UFC 254-də Castin Qetjiyə qarşı keçirib. Döyüşdən sonra dağıstanlı idmançı qarışıq döyüş növlərində karyerasını dayandırmaq qərarını açıqlayıb.