Cüdo üzrə gənclər arasında (U-21) Azərbaycan birinciliyi start götürüb.

Futbolinfo.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışa 100 cüdoçu qatılıb.

Bu gün qızlar arasında 52 və 63 kq, oğlanlar arasında isə 55, 66, 81 və 100 kq çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, yarış fevralın 24-də başa çatacaq.

Shares: