Marsel “Olimpik”inin hücumçusu Pyer-Emerik Obamayenq Avropa Liqasının pley-off mərhələsinin “Şaxtyor”la cavab oyununda (3:1) 1 qol vurub.
Futbolinfo.az xəbər verir ki, bu, qabonlu futbolçunun Avropa Liqasında vurduğu 31-ci qol olub. Bu göstəriciyə görə o, Radamel Falkaonu qabaqlayıb və turnirin bombardirinə çevrilib.
34 yaşlı hücumçu əvvəllər “Milan”, “Monako”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Borussiya” (Dortmund) və “Sent-Etyen”də çıxış edib.