Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim-planına əsasən 23-24 fevral tarixlərinə planlaşdırılan Azərbaycan birinciliyi start götürüb. Turnir Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilir.

Yarışda Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparır. Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə rekord idmançı sayıdır.

Qaliblər diplom və medallarla mükafatlandırılacaq. Eyni zamanda fərqlənən idmançılar mayda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığma komandanın heyətinə cəlb ediləcək.

db9e0fc9 d2dc 4f97 ad70 d734940643c1 - Futbolinfo.az

Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etmək, bununla da gələcəkdə güclü milli komanda formalaşdırmaqdır. Bu məqsədlə il ərzində yeniyetmə və gənclər arasında bir neçə ölkədaxili və beynəlxalq yarışların təşkili nəzərdə tutulub.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

Shares: