“Real”ın baş məşqçisi Karlo Ançelotti növbəti dəfə Arda Gülər haqda danışıb. İtaliyalı mütəxəssis Türkiyə yığmasının üzvünün inkişafa davam etməli olduğunu bildirib.

Futbolinfo.az xəbər verir ki, Ançelotti yarımmüdafiəçiyə zədələrin mane olduğunu söyləyib: “Zədələrlə zəngin bir mövsüm keçirdi. Hələ çox gəncdir, səbrli olması lazımdır. Oynamağa can atması yaxşıdır, amma hər şeyin zamanı var”.

Məşqçi Ardanın yüksək səviyyəli olyunçu olmasına şübhə etmir: “Amma istedadına uyğun səviyyədə futbol göstərməsi lazımdır. Bunun üçün səbrlə inkişaf etməsi vacibdir”.

Shares: