Eder Militao tezliklə sıraya qayıdacaq. Mövsümün əvvəlində zədələnən və avqustda əməliyyat olunan futbolçunun çempionatın son turlarında oynaması mümkündür.
Futbolinfo.az xəbər verir ki, mərkəz müdafiəçisi tezliklə məşqə başlayacaq. Fərdi hazırlığı yekunlaşdıran Eder komanda məşqlərinə qatılmaq niyyətindədir.
26 yaşlı brazilyalı hazırda həkimlərin qərarını gözləyir. O, məşqlərə tez başlamaq və Çempionlar Liqasının həlledici matçlarında madridlilərə kömək etmək niyyətindədir.