“İnter”in türk futbolçusu Hakan Çalhanoğlu zədələnib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, sağ bud əzələsində zədə aşkarlanmış futbolçu bu səbəbdən A Seriyasının son turunda keçirilmiş “Leççe” ilə matçı ehtiyatda keçirib.
Türkiyəli yarımmüdafiəçi daha 2 oyun buraxacaq. Hakan A Seriyasında fevralın 28-də “Atalanta”, martın 4-də isə “Cenoa” ilə görüşlərdə də oynamayacaq.
Çalhanoğlu bu mövsüm 30 matçda 11 qol vurub, 3 qolun ötürməsini verib.