İsveç millisinin yeni baş məşqçisi müəyyənləşib. İsveç Futbol Federasiyasının saytının məlumatına görə, bu vəzifəyə Yon-Dal Tomasson təyin edilib.
Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatana qədərdir. Milli uğur qazanacağı təqdirdə, müqavilə avtomatik olaraq daha iki il müddətinə uzadılacaq.
Qeyd edək ki, 2020-2021-ci illərdə Yon-Dal Tomasson İsveçin “Malmö” klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda iki dəfə İsveç çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. 2022-ci ildən o, fevralın əvvəlinə kimi Çempionşipdən “Blekbern”in baş məşqçisi idi.
Sabiq hücumçu Millətlər Liqasında rəqibimiz olan İsveçin tarixində ilk əcnəbi baş məşqçidir.