Gəncədə yanvarın 11-də keçirilməsi nəzərdə tutulan tədbirlər martın 1-də baş tutacaq. Bu barədə saytımıza “Kəpəz”dən məlumat daxil olub.
Belə ki, AFFA prezidenti Rövnəq Abdullayevin səhhətinin qəfil pisləşməsi üzündən Gəncə Futbol Akademiyasının açılışı və İcraiyyə Komitəsinin növbəti iclası qeyri-müəyyən müddətə təxirə salınmışdı. İndi isə bəlli olur ki, akademiyanın açılışı yeni ayın ilk gününə planlaşdırılıb.
İcraiyyə Komitəsinin iclasının da həmin gün məhz Gəncədə baş tutma ehtmalı böyükdür. Çünki açılışda AFFA rəhbərliyi böyük heyətlə təmsil olunacaq. Amma qurum bu barədə rəsmi açıqlama vermədiyindən komitənin iclasının baş tutacağını əminliklə iddia edə bilmirik.
İcraiyyə Komitəsi yığışacağı halda Gündəlikdəki əsas məsələ AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının vaxtının müəyyən edilməsi olacaq. Güman ki, bu tədbir martın sonuna təyin ediləcək.