“Bu, 6 xallıq oyun idi. Şükür olsun ki, qalib gəldik”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçis Şakir Seyidov deyib.
Gəncəlilərin üzvü Misli Premyer Liqasının 24-cü turunda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Qalibiyyətlə istəyimizə çatdıq. Bütün oyunlara belə hazırlaşmalıyıq. Oyun gərgin keçdi, çünki heç bir komanda uduzmaq istəmirdi”.
24 yaşlı müdafiəçi hakimliklə bağlı olan narazılıqlardan danışmaq istəməyib: “Hakimlərlə bağlı danışmaq mənə düşməz. Nə səhvdir, nə düzdür – ona aidiyyatı orqanlar baxıb qərar verəcəklər”.
Seyidov komandasının uğurlu çıxışı barədə isə bunları deyib: “Hələ ki, yaxşı irəliləyirik. Bəzi oyunlarda son dəqiqələrdə buraxdığımız qollarla uduzmuşuq. Hər kəs əlindən gələni edir. Qarşıda “Sumqayıt”la oyunumuz var. Qalib gəlmək istəyirik”.