PSJ-nin baş məşqçisi Luis Enrike Markinyosun komandada qalmasını istəyir. İspan mütəxəssis braziliyalı müdafiəçinin Parisdə xoşbəxt olduğunu düşünür.
Futbolinfo.az xəbər verir ki, PSJ-nin kapitanının yayda “Bayern”ə keçə biləcəyi deyilir. Enrike isə bu variantı təkzib edir: “Təcrübə çox az futbolçunun PSJ-dən getdiyini göstərir. Gedənlərin ya müqaviləsi bitdi, ya da klub onları satmaq istədi. PSJ qalmasını istədiyi oyunçuların əksəriyyətini saxlamağı bacardı. Markinyos da onlardan biridir. Onun kimi ən üst səviyyəli bir futbolçunu heç yerə buraxmaq niyyətimiz yoxdur”.
Xatırladaq ki, 29 yaşlı braziliyalı 11 ildir Fransa klubunda çıxış edir. Onun parislilərlə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.