Qadın voleybolçular arasında Azərbaycan çempionatında 15-ci turun oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan qarşılaşma UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında olub.
Oyunun əvvəlindən üstünlüyə yiyələnən qonaq komanda meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Turun digər qarşılaşmaları sabah baş tutacaq. Bakıda GİN-in Voleybol Mərkəzində saat 15:00-da başlanacaq matçda “Azərreyl” və “Abşeron”, Gəncə OİK-də saat 17:00-da start götürəcək oyunda isə “Gəncə” və “Murov” kollektivləri üz-üzə gələcəklər.
Hazırda turnir cədvəlinə “Azərreyl” 36 xalla (12 qələbə) liderlik edir. “Murov” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
UNEC – “Milli Aviasiya Akademiyası” 0:3 (15:25, 12:25, 12:25)