Misir futbolunun əfsanələrindən sayılan Mido (Hossam Huseyn) həmyerlisi barədə danışıb. Hazırda futbol funksioner kimi çalışan sabiq hücumçu Məhəmməd Salahın “Liverpul”dan ayrılacağını bildirib.

Futbolinfo.az xəbər verir ki, 2014-cü ildən başlayaraq müxtəlif klublarda menecer kimi fəaliyyət göstərən bir ildir işsiz olan Mido Salahın hətta yeni klubu ilə anlaşdığını söyləyib. İddiaya görə, yayda Məhəmməd Səudiyyə Ərəbistanı klublarından birinə keçəcək.

Ad açıqlanmasa da, söhbətin Salahı uzun müddətdir israrla istəyən “Əl İttihad”dan getdiyi bəllidir. Ərəb klubu ötən yay Salah üçün təklif göndərmiş, hətta qışda da eyni cəhdi etmişdi. Amma yüksək hədəfləri olan “Liverpul” liderini buraxmadı. İlyarımlıq müqaviləsi qalan 31 yaşlı hücumçu baş məşqçi Yürgen Kloppun komandadan gedəcəyini açıqlamasından sonra qəti qərarını verib.

Shares: