Avrokuboklara vəsiqə qazanmağa iddialı olan “Zirə” yeni legionerlə güclənib. Qəsəbə klubu Sezar Meza Kolli ilə anlaşıb.
Vaxtilə ölkəmizdə “İnter” (indiki “Şamaxı”) və “Neftçi”nin şərəfini qorumuş paraqvaylı yenidən Azərbaycana təşrif buyuracaq. O, əvvəllər də formasını geydiyi “qartallar”la qısa müddətə müqavilə bağlayıb (sportinfo).
2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən, bu müddətdə 55 oyunda meydana çıxan və 6 qol vuran yarımmüdafiəçi ötən ilin iyununda buradan ayrılmışdı. Paraqvaylı ötən ayları Səudiyyə Ərəbistanının birinci divizion klubu “Ohod”da keçirib.
32 yaşlı yarımmüdafiəçi 2016/17 mövsümünü “Zirə”də keçirmişdi.