Kaxaber Sxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb. 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdıran gürcüstanlı mütəxəssis dünən “Qəbələ”də debüt edib.

Gürcü məşqçnin debütü “Qarabağ”la XXIII turdan təxirə salınan matça təsadüf edib. Sxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.

O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Sxadadzenin “İnter”dəki son matçı da 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.

Qeyd edək ki, 4 legioner baş məşqçi Azərbaycan Premyer Liqasında iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).

Shares: