Raul Bellanova uğurlu çıxışı ilə nəhəng klubların diqqətini çəkib. “Torino”nun futbolçusu ilə ingilislər maraqlanır.

Futbolinfo.az xəbər verir ki, “Aston Villa” və “Mançester Yunayted” sağ cinah yarımmüdafiəçi üçün 7 milyon avro ödəməyə hazırdır. Amma turinlilər 23 yaşlı futbolçu üçün daha çox pul istəyir.

Klubuyla daha 3 mövsümlük müqaviləsi qalan Bellanova özü İtaliyada qalmaq niyyətindədir. Amma ingilislərin ikiqat artıq maaş təklifi onun fikrini dəyişə bilər.

Shares: