Milli komandamızın sabiq müdafiəçisi Azər Məmmədov Millətlər Liqasında çıxış edəcəyimiz qrupu dəyərləndirib. Hazırda “Səbail”də məşqçi kimi çalışan vetern futbolçu rəqiblərin gücünə diqqət çəkib.

Futbolinfo.az saytına açıqlamasında Məmmədov İsveç, Slovakiya və Estoniya ilə mübarizənin çətin keçəcəyini bildirib: “Təyin olunacaq yeni baş məşqçidən, onun futbolçu seçimindən, seleksiyasından çox şey asılı olacaq. Əlbəttə ki, məşqçinin oyun üslubu da böyük rol oynayacaq. Bu rəqiblərlə oynamışıq. Ötən seçmə mərhələdə İsveç üzərində qələbə qazanmışdıq. Ancaq mən deyim ki, İsveç keçənilki İsveç olmayacaq, həmin vaxt futbolçuları gənc idi, artıq hamısı təcrübə toplayıb. Fərqli İsveç millisi görəcəyik”.

Azər bəy digər rəqiblər barədə də danışıb: “Eyni sözləri Slovakiya yığmasına da aid edirəm. Hər üçü ilə oynamaq olar. Amma qrupda bizə ən uyğun rəqib Estoniyadır, onlarla başabaş mübarizə aparacaq gücdəyik. Digər komandalarla oyunlarımız isə çətin keçəcək”.

Shares: