Ötən il Formula 1-in kommersiya hüquqlarına sahib olan “Liberty Medi” şirkəti gəlirini 2022-ci illə müqayisədə 25% artırıb.

“Liberty Media”nın rəsmi saytında dərc olunan maliyyə hesabatında bildirilir ki, 2023-cü ildə Formula 1-in əsas gəlir mənbəyi promouterlərdən (29,3%), televiziya şirkətlərindən (32,%) və sponsorlardan (18%) edilən ödənişlər olub. Ümumi gəlir 2022-ci ildəkindən 25% artaraq 3,222 milyard dollar təşkil edib. Formula 1-in xalis mənfəəti 239-dan 392 milyon dollara yüksəlib.

“Liberty Media”nın bəyanatına görə, komandalara ödənilən mükafatlar da artıb. 2022-ci ildə 10 komanda ümumilikdə 1,157 milyard dollar qazanmışdısa, 2023-cü ildə bu ödənişlər 5% artaraq 1,215 milyard dollara çatıb.

“2023 Formula 1 üçün daha bir əlamətdar il oldu. Biz rekord sayda yarışı keçirməyə hazırlaşırıq. Ardıcıl dördüncü ildir ki, sosial mediada ən sürətlə inkişaf edən idman liqası olaraq qalırıq. Xüsusilə də, ABŞ-də Las-Veqas qran-prisinin uğuru sayəsində azarkeş kütləsi artmaqda davam edir. Gənc və qadın tamaşaçılar arasında artım var”, – deyə Formula 1-in baş icraçı direktoru Stefano Domenikali bildirib.

Shares: