“Mançester Yunayted” və “Bayern” eyni futbolçu üçün mübarizə aparır. Qitə nəhəngləri yayda Antoniu Silvanı heyətə qatmaq üçün rəqib olacaq.

Futbolinfo.az xəbər verir ki, “Benfika”nın mərkəz müdafiəçisi hazırkı klubunu tərk etmək istəyir. Sözügedən klublar isə müdafiənin mərkəzini gücləndirmək üçün axtarışdadır. Silva hər iki komanda üçün ən uyğun variant sayılır.

“Benfika” 20 yaşlı yetirməsi üçün 45 milyon avro tələb edir. 2027-ci ilin yayınadək Lissabon klubuna məxsus olan portuqaliyalının qiyməti məhz nəhənglərin rəqabəti üzündən daha da arta bilər.

Shares: