“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dopinqə görə 4 il müddətinə diskvalifikasiya olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
2023-cü ilin oktyabrında Turin təmsilçisinin yarımmüdafiəçinin nümunəsində həddindən artıq yüksək testosteron səviyyəsi aşkar edilmişdi. Daha əvvəl “Yuventus”un Poqbanın rəsmi diskvalifikasiyası halında onunla müqaviləni birtərəfli qaydada pozacağı xəbərləri yayılmışdı.
Poqba 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi klubun heyətində bütün yarışlarda cəmi 10 oyuna çıxıb və 1 qolun ötürməsini verib.