Brahim Dias tezliklə futbol vətəndaşlığını dəyişəcək. Mərakeş əsilli ispan oyunçu tarixi vətənini seçmək niyyətindədir.

Futbolinfo.az xəbər verir k, “Real”ın yarımmüdafiəçisi İspaniya millisindən dəvət gözləməkdən bezib. Madriddə aparıcı oyunçulardan birinə çevrilsə də, yığma məşqçiləri hələ ki, ona dəvət göndərmir. Bu isə Brahimin səbr kasasının dolmasına səbəb olub.

24 yaşlı futbolçu qarşıdakı aylarda qəti qərarını verəcək. Dias növbəti Dünya Çempionatının seçmə oyunlarında iştirak etmək üçün mərakeşlilərin dəvətini qəbul etmək niyyətindədir.

Shares: