“Real”ın yarımmüdafiəçisi Çud Bellingem zədəsini sağaldıb.

Futbolinfo.az “Diario Sport”a istinadən xəbər verir ki, ingilis futbolçu artıq topuq nahiyəsində ağrı hiss etmir.

Futbolçunun martın 2-də İspaniya çempionatında “Valensiya” ilə qarşılaşmada iştirak edib-etməyəcəyinə tezliklə aydınlıq gələcək.

20 yaşlı oyunçunun Çempionlar Liqasında “Leyptsiq”lə oyunda olacağı gözlənilir.

Bellingem bu mövsüm 16 qol vurub və La Liqanın bombardiridir.

Shares: