“Çelsi” qapıçısı Lukas Berqströmla yeni müqavilə imzalayıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, finlandiyalı qolkiperlə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb.
London təmsilçisi daha sonra onu 2025-ci il yanvarın 1-dək İsveç “Brommapoykarna”sına icarəyə verib.
Lukas bu mövsüm 22 dəfə “Çelsi”nin heyətində yer alıb. O, mövsümlərarası fasilədə komanda ilə ABŞ-da keçirilən turnirdə bir neçə dəqiqə oynayıb.