“Everton” Dele Alliyə jest edib. Liverpul klubu fayda görmədiyi oyunçu ilə vidalaşmaq niyyətində deyil.
Futbolinfo.az xəbər verir ki, psixoloji problemlər üzündən bir müddət oynamayan yarımmüdafiəçi 2023-cü ilin martından həm də zədəlidir. Lakin “Everton” cari mövsümün sonunda müqaviləsi bitəcək futbolçuya yeni anlaşma təklif edib. 27 yaşlı orta sahə oyunçusu bu jestdən məmnun qalıb və sözləşməsinin müddətini artıracaq.
Nigeriya əsilli futbolçu 2022-ci ilin yanvarında “Tottenhem”dən “Everton”a azad agent kimi keçib. Daha sonra “Beşiktaş”a icarəyə verilən Alli hazırda müqavilə ilə bağlı olduğu klubda zədəsini sağaltmaqla məşğuldur.